PROQRAM İŞTİRAKÇILAR NƏTİCƏLƏR
   
   
 

 

BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ AÇIQ BİRİNCİLİK KEÇİRİLƏCƏK

Fevralın 5-6-da Azərbaycan paytaxtında bədii gimnastika üzrə 17-ci Açıq Bakı birinciliyi keçiriləcək.

Yarışda həm paytaxtın cəmiyyətlərindən, həm də digər şəhərlər və ölkələrin idman təşkilatlarından 118 gimnast iştirak edəcək. Bakı Gimnastika Məktəbi və Respublika Kompleks İdman Məktəbləri, "Neftçi" və "Təhsil", "Spartak" və "Sərhədçi", "Zirvə" və DİN İdman Cəmiyyətinin gimnastları ilə yanaşı Gəncədən səkkiz, Bolqarıstandan iki, Gürcüstandan dörd və Ukraynadan doqquz idmançı iştirak edəcək.

Həmçinin Xırdalandan olan gimnastlar Qala-konsertdə çıxış edəcəklər.

Gimnastlar dörd yaş qrupuna (1995-97, 1998-99, 2000 və 2001-2002-ci il təvəllüdlü) bölünəcəklər və çoxnövçülükdə mübarizə aparacaqlar.

Gimnastların çıxışlarının qiymətləndirilməsində yerli, gürcüstanlı və ukraynalı münsiflərlə yanaşı, beynəlxalq dərəcəli hakimlər Mariya Petrova (Bolqarıstan) və Draqana Terziç (Serbiya) iştirak edəcəklər.

Yarış 5 fevral saat 10:00-da, fevralın 6-da saat 11:00-da başlanacaq.

Məkan - Bakı Olimpiya İdman Kompleksi.

Ünvan: Olimpiya küçəsi, 7

Gediş: “Gənclik” m/stansiyası