AZE
İdman gimnastikadan başlayır

Batut gimnastikası və tamblinq

Bu idman növü özündə batut, ikili minibatut və tamblinqi birləşdirir. Batutla tullanma kişilərin və qadınların fərdi və sinxron çıxışlarını özündə əks etdirir. Yalnız fərdi yarışlar Olimpiya idman növü hesab olunur – Olimpiya Oyunlarında iki dəst medal uğrunda mübarizə gedir (kişilər və qadınlar arasında).

Fərdi tullanma Batutla sinxron tullanma İkili minibatut Tamblinq
Fərdi tullanma
Batutla sinxron tullanma
İkili minibatut
Tamblinq
Özündə 10 ayrı elementin hərəkətlərini birləşdirir. Batut – metal çərçivəyə rezin və ya metal yaylarla bərkidilən, çox möhkəm dartılmış və hörülmüş tordan ibarətdir. Belə batutlar möhkəm materialdan (haşiyə üçün qalvanizasiya edilən polad və yay, diametri 5 mm olan bağdan hazırlanmış elastik tor) hazırlanır və böyük tullanma sahəsinə malikdir. Elementlər, yüksək tullanışlar zamanı bir ayaqdan digərinə, ayaqdan bel hissəyə və ya qarına dayanmadan edilən ritmik hərəkətlərdən ibarətdir. Uçuşun vaxtı, texnikası və çətinliyi hakimlər tərəfindən qiymətləndirilir İki kişi və ya iki qadın gimnastın parallel batutlarda müxtəlif elementlərin icra edilməsidir. Partnyorlar üzləri eyni tərəfə dayanmaqla, eyni anda eyni elementləri yerinə yetirməlidirlər. Buna baxmayaraq, idmançılar havada olarkən hərəkətləri eyni istiqamətdə icra etmək məcburiyyətində deyillər. Yekun qiymət sinxronluq, texnika və proqramın çətinliyinə görə verilən xalların cəmindən hesablanır. Gimnast yalnız bir cütlüyün tərkibində çıxış edə bilər. Adi batutdan biraz kiçik gimnastika alətidir. İki hissədən ibarətdir: maili və yastı. Yarış zamanı gimnast sürətlə maili hissəyə tullanır, müvafiq elementi etdikdən sonra düz hissəyə tullanır və yerə bərkidilmiş matın üzərinə enir. İkili minibatut yarışlarında qiymətləndirmə adi batut yarışlarındakı kimi olur, lakin qeyri-təmiz və ya sərhəddən kənarda enişə görə xal çıxıla bilər. Uzunluğu 25,2 metr olan cığırda əllərdən ayağa və ayaqdan ayağa dayanmadan ritmik tullanma hərəkətləri ilə xarakterizə olunur. Akrobatik kombinasiya özündə qabağa, arxaya və yana silsilə tullanışlarını birləşdirir. Hərəkətlər yüksək koordinasiya, texnika və hərəkətlərdə tempin qorunaraq elementlərin təkrar olmaması ilə icra olunmalıdır.
Dünyada batut gimnastikası və tamblinq
Batut gimnastikasının yaranması ABŞ-da 1930-cu illərə təsadüf edir. 1955-ci ildə bu idman növü Pan American oyunlarında və nəhayət Avropada təmsil olunur. 1964-cü ildə Frankfurtda Maynedə Beynəlxalq Batut Gimnastikası Federasiyası yaradılıb (FIT) və həmin ildə Londonda bu idman növü üzrə Dünya Çempionatı baş tutmuşdur. 1999-cu ildə batut gimnastikası rəsmi olaraq Beynəlxalq Gimnastika Federasiyasının idman növü hesab olunmağa başladı. 2000-ci ildən isə batut gimnastikasının fərdi çıxışları Olimpiada proqramına daxil olunub və elə həmin il Sidneydə keçirilən Olimpiya Oyunlarında təmsil olunmuşdur. 2000-ci ilə kimi batutla və akrobatik cığırda tullanma akrobatik gimnastikanın tərkibində olub. Sonradan hər üç idman növü ayrı-ayrılıqda təmsil olunmağa başlayıb
Azərbaycanda batut gimnastikası və tamblinq

Azərbaycanda batut gimnastikası 2013-ci ilin ortalarından inkişaf etməyə başlamışdır. Beynəlxalq arenada ölkəmizi ilk dəfə 2013-cü ilin oktyabrında Danimarkada keçirilən Dünya Kubokunun mərhələsində Ruslan Ağamirov təmsil etmişdir. 2014-cü ilin payızında batut gimnastikası üzrə millimiz komandamız əsl sıçrayış etdi. Belə ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, Oleq Piunov və İlya Qrişunin Portuqaliyada keçirilən Dünya Kuboku mərhələsində sinxron çıxşlarda mükafatçılar sırasına daxil olmuşlar. Bu idman növü ölkəmizdə hələ də inkişaf mərhələsindədir və ildən-ilə məşhurluq qazanmaqdadır. Qitənin ən güclü idmançılarının 4 dəst medal uğrunda mübarizə aparacaqları Bakıda keçiriləcək Avropa Oyunlarının qaydalara əsasən batut gimnastikasının fərdi və sinxron çıxışları təmsil olunur və gimnastların arasında 4 dəst medal oynanılır.

Tamblinq

Batut gimnastikasının bir hissəsi olan tamblinqin artıq Azərbaycanda ənənələri var və digər gimnastika növləri ilə birlikdə populyarlıq qazanır. Əsasən, bu idman növü üzrə məşğələlər Bakı Gimnastika Məktəbində keçirilir.

Maraqlı faktlar
  • Bəzi idman növlərində məşqlər zamanı (gimnastikanın digər növləri və ya suya tullanma) batutdan istifadə olunur.
  • Bu idman növü üzrə Dünya Çempionatı 4 ildə 3 dəfə keçirilir (Olimpiada keçirilən ildən başqa), Avropa Çempionatı isə 2 ildən bir təşkil olunur.
  • Sinxron tullanma, tamblinq və ikili minitramp 4 ildən bir keçirilən Dünya Oyunlarında təmsil olunur.