AZE
İdman gimnastikadan başlayır

Xəbərlər

29.02.2016 “Havada pərvazlanan” gimnastlar Bakıdadır – onları görməyə tələsin!.. Uğurla keçən idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ardınca Bakı artıq yeni gimnastika bayramına hazırlaşır. Qarşıdan gələn həftə sonunda möhtəşəm Milli Gimnastika Arenası öz qapılarını 18 ölkəni təmsil edən batutçuların üzünə səmimiyyətlə açacaq. İştirakçı coğrafiyasını ABŞ-dan tutmuş Avstraliyaya kimi hər iki yarımkürəni əhatə edən yarışlarda “havada pərvazlanan” gimnastlar həm fərdi, həm də sinxron çıxış proqramı üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. 21.02.2016 Bakıdakı Dünya Kubokunda Oleqin bir dəst, Marinanın isə bürünc medalı Bu gün Bakıda ilk dəfə idman gimnastikası üzrə təşkil olunan FIG Dünya “Challenge” Kuboku, “AGF Trophy” başa çatdı. 20.02.2016 Bakıda keçirilən FIG Dünya "Challenge" Kubokunun təsnifat mərhələsinin ikinci günü 20 fevral tarixində FIG Dünya “Challenge” Кubokunun ikinci təsnifat yekunlaşdı. Kişi idman gimnastımız, Oleq Stepko parallel qollar, dayaqla tullanma və turnik üzərində hərəkətlərdə, qadın idman gimnastımız Marina Nekrasova isə gimnastika tiri üzərində və sərbəst hərəkətlərdə finala vəsiqə qazandılar. 19.02.2016 FIG Dünya "Challenge" Kubokunun ilk təsnifat günü başa çatdı Bakıda ilk dəfə keçirilən idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun təsnifat mərhələsinin ilk günü başa çatdı. 18.02.2016 Bakıdakı Dünya Kuboku iştirakçılarının podium məşqləri (FOTO) Bu gün Milli Gimnastika Arenasında Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunun iştirakçısı olan idmançıların podium məşqləri keçirilib. 18.02.2016 Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunun püşkü atılıb (FOTO) Bakıda 19-21 fevral tarixlərində təşkil olunan idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunun püşkatma mərasimi keçirilib. 19.02.2016 Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb (FOTO) Bu gün Bakıda idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku start götürüb. 18.02.2016 Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna təşrif buyurmuş nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin görüşü keçirilib (FOTO) 18 fevral tarixində Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin istiqamətləndirici iclası keçirilib. 16.02.2016 Bakı idman gimnastikası üzrə Dünya Kubokuna hazırdır! Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ilk mərhələsinin başlanmasına artıq sayılı günlər qalıb. Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 18 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşarkən, Azərbaycan paytaxtına ilk təşrif buyuracaq yığma komandalar məlum oldu. 15.02.2016 AZƏRBAYCANIN GƏNC BƏDİİ GİMNASTLARININ 3 “GÜMÜŞ” VƏ 3 “BÜRÜNCÜ” Ötən həftə sonu Estoniyanın Tartu şəhəri ənənəvi olaraq hər il təşkil olunan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirin iştirakçılarını qəbul etdi. 14.02.2016 YENİ MÖVSÜMÜN AKROBATİKA ÜZRƏ İLK TURNİRİNDƏN “QIZIL” VƏ “BÜRÜNC” Ötən həftə sonu Belçikanın Purs (Antverpen) şəhərində akrobatika gimnastikası üzrə ilin ilk Dünya Kuboku keçirilib. 05.02.2016 “CEKSONLAR” AVROPADA HƏLƏ DƏ MƏŞHURDUR Azərbaycanın bədii gimnastika üzrə 2015-ci ilin gənclərdən ibarət qrup hərəkətləri komandası ötən həftə sonu Danimarkada keçirilən “DGI 2016” beynəlxalq gimnastika şousunda iştirak edib.