İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı

Yarış haqqında

Baharın yurdumuza qədəm qoyduğu mart ayında Milli Gimnastika Arenası növbəti milli yarışına hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq.
Belə ki, ən zərif gimnastika növünün nümayəndələri  24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar. 
Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtdan ümumilikdə 53 gimnast qüvvəsini sınayacaq. 
Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar. 
Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər. 
Yerli idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. 
Biletlərin qiyməti 7 manat təşkil edir. 

Yarışlar hər gün saat 12:00-da başlayacaq.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
 
 
 

Faydalı məlumatlar