İdman

gimnastikadan

başlayır

Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları

Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları

Yarış haqqında

Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu yarış batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları olacaq.

Bakıda ilk dəfə keçiriləcək bu növ üzrə dünya çempionatının ardınca Milli Gimnastika Arenasında gələcəyin batut ulduzları mükafatçılar sırasında olmaq uğrunda mübarizə aparacaqlar.

25-28 noyabr tarixlərində təşkil olunacaq yarışda qeydiyyat siyahısına əsasən 32 ölkədən 650 idmançının iştirak edəcəyi gözlənilir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. 

Yaş Qrupları Yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar