İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı

Bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı

Yarış haqqında

Mayın 27-si və 28-də Şəki Olimpiya İdman Kompleksində ilk dəfə bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı keçiriləcək. Şəkinin bədii gimnastika üzrə ev sahibliyi edəcəyi ilk yarışda idmançılar fərdi (yeniyetmələr - 2010-2011-ci il, gənclər - 2007-2009-cu il, böyüklər - 2006-cı il və daha böyük) və qrup hərəkətləri proqramında (yeniyetmələr - 2010-2011-ci il, böyüklər – 2006-cı il və daha böyük) mübarizə aparacaqlar. Iki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən milli yarışların, gimnastlarımızın mötəbər yarışlar ərəfəsində yoxlama məşqlərinin, müxtəlif nümunəvi çıxışlarının eləcə də, ustad dərslərinin bölgələrdə təşkili artıq bir ənənə halını alıb.
Xatırladaq ki, ilk dəfə olaraq 2011-ci ildə bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı paytaxt Bakıda deyil, məhz Qusarda keçirilib. 2015-ci ildə isə Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok təşkil edilib.
Dostluq yarışının bölgədə təşkil olunması regionlarda gimnastikanın inkişafı, bu növə olan marağın və kütləviliyin artırılması məqsədi daşıyır.
Gimnastikasevərlər paytaxtımızda keçirilən çempionat və birinciliklərdə olduğu kimi, Dostluq yarışında da zəriflərin həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə edəcəklər.
Məlumat üçün bildirək ki, Dostluq yarışında tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Yarışlara giriş sərbəstdir.
Məkan: Şəki Olimpiya İdman Kompleksi
Ünvan: Şəki şəh., S.Mümtaz küç., 1

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Nəticələr