İdman

gimnastikadan

başlayır

“Aere Trampoline Cup” yarışı 4 medalla yadda qalıb

28 may 2022

“Aere Trampoline Cup” yarışı 4 medalla yadda qalıb

Mayın 26-dan 28-dək İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri keçirilib. Yarışda təmsilçilərimiz uğurla çıxış edərək 3 qızıl, 1 gümüş medal əldə ediblər.
Komandamıza ilk qızıl medalı tamblinq üzrə 13-16 yaş qrupunda Bilal Qurbanov qazandırıb.
Bu yaş qrupunda batut üzrə keçirilən yarışda  yığma komandamızın üzvləri 3 medal əldə edib. Belə ki, fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov birinci olub. İdmançımız sinxron cütlük proqramında da, komanda yoldaşı  Hüseyn Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib. Sinxron cütlüklər proqramında isə Nicat Mirzəyev və Əli Niftəliyev gümüş medala sahib çıxıblar.
Qeyd edək ki, bu yarışın ardınca yığma komandamızın üzvləri eyni şəhərdə təşkil ediləcək Avropa çempionatında mübarizəyə qoşulacaqlar.