İdman

gimnastikadan

başlayır

Böyük Britaniya çempionatı 4 medalla yadda qalıb 

03 oktyabr 2022

 Böyük Britaniya çempionatı 4 medalla yadda qalıb 

Oktyabrın 1-i və 2-də Birmingem şəhərində batut və tamblinq gimnastikası üzrə Böyük Britaniya çempionatı keçirilib. Yarışda ölkəmizi batut gimnastikası üzrə yığma komandamızın üzvləri Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov və tamblinqçimiz Tofiq Əliyev təmsil edib. 
Komandamızın üzvləri çempionatı uğurla başa vurublar. Belə ki, millimizin üzvlərindən Maqsud və Selcan Mahsudovlar bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. İdmançılarımız Hüseyn Abbasov və Tofiq Əliyev isə bürünc medala layiq görülüblər.
Gimnastlarımızın bu yarışda iştirakı təcrübə xarakteri daşıyıb. Qeyd edək ki, Böyük Britaniya batut gimnastikası və tamblinqin inkişafı üzrə dünyada aparıcı ölkələr sırasındadır.