İdman

gimnastikadan

başlayır

Arzu İspaniyadan gümüşlə qayıdır

14 noyabr 2021

Arzu İspaniyadan gümüşlə qayıdır

Bədii gimnastika üzrə yığma komandamızın perspektivli gimnastlarından biri olan Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

13 noyabr tarixində baş tutmuş beynəlxalq yarışda gimnastımız bir çox titullu idmançıları üstələyərək, fəxri kürsünün 2-ci pilləsinə gürzlərlə çıxışına görə yüksəlib.

Arzu çoxnövçülük yarışlarında isə 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.