İdman

gimnastikadan

başlayır

Avropa çempionatı ərəfəsində gimnastikasevərlərə şad xəbər

15 may 2023

Avropa çempionatı ərəfəsində gimnastikasevərlərə şad xəbər

Avropa çempionatı ərəfəsində Azərbaycan Gimnastika Federasiyası daha bir xəbərə sevindi. Belə ki, 2027-ci il 15-19 sentyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı bədii gimnastika üzrə 43-cü dünya çempionatına ev sahibliyi edəcək.
Bu barədə qərar mayın 14-ü və 15-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib. 
Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.