İdman

gimnastikadan

başlayır

Gimnastlarımız "Golden Jump" beynəlxalq turnirində fərqləniblər

17 may 2023

Gimnastlarımız

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Golden Jump" beynəlxalq turnirində ölkəmizi təmsil edən batut gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri və Bakı Gimnastika Məktəbinin yetirmələri uğurla çıxış ediblər.
Yarışda sinxron cütlüklər arasında Hüseyn Abbasov və Nicat Mirzəyev, Ammar Baxşaliyev və İbrahim Mustafazadə qızıl medala layiq görülüb. Sinxron proqramda yığmamızın üzvü Selcan Mahsudova Latviya təmsilçisi ilə birlikdə qüvvəsini sınayaraq fəxri kürsünün birinci pilləsində yer alıb. Ömər Qasımov (BGM) və Fərhad Mustafayev isə gümüş medal qazanıblar.
Fərdi proqramda Hüseyn Abbasov, Fərhad Mustafayev gümüş, Selcan Mahsudova, Ömər Qasımov (BGM) və Nicat Mirzəyev bürünc medala sahib çıxıblar.