İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında “Soyuq ürək” adlı Yeni il şousu keçirilib

23 dekabr 2022

Milli Gimnastika Arenasında “Soyuq ürək” adlı Yeni il şousu keçirilib

Uşaqların böyük maraqla izlədiyi tamaşa çox sevdikləri eyni adlı “Soyuq ürək” cizgi filminin süjeti əsasında qurulmuşdu.
Gənc gimnastlarımız, eləcə də şouda ilk çıxış edən “Qızıl Yaş” komandası öz kompozisiyası ilə tamaşaçıları heyran etdi.  
Şouda bədii gimnastika, qadın və kişi idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, “TeamGym” üzrə yığma komandaların üzvləri və klub təmsilçiləri də daxil olmaqla 50-dən çox gimnast iştirak etdi. 
Qeyd etmək lazımdır ki, zal şən uşaqlar, eləcə də onların valideynləri ilə dolu idi! Müxtəlif yaş qruplarından olan tamaşaçıların səhnədə baş verənlərdən məmnunluğunu, uşaqların alqışları və emosiyalarından görmək mümkün idi.
Zaldan kənarda, tamaşadan əvvəl və sonra uşaqlar üçün klounlar, Şaxta Baba və Qar Qızın iştirakı ilə əyləncə təşkil olunmuşdu.
Möhtəşəm şou tamaşaçılara parlaq emosiyalar, təbəssüm və yeni il əhval-ruhiyyəsi bəxş etdi.
Qeyd edək ki, tamaşa zamanı təqdim olunan kompozisiya bədii gimnastika üzrə milli yığma komandanın xoreoqrafları Kamil Quliyev və Akif Kərimli tərəfindən qurulmuşdu, baş rolu isə xoreoqraf  Ruslan Eyvazov ifa edirdi. Tamaşanın qurulmasında digər xoreoqraflar da iştirak etmişdir.