İdman

gimnastikadan

başlayır

Piramidalar diyarından gümüş medal

09 aprel 2021

Piramidalar diyarından gümüş medal

Bu gün Azərbaycan təmsilçiləri Misirin Qahirə şəhərində keçirilən aerobika gimnastikası üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıblar.

Belə ki, aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Xatırladaq ki, turnir 10 aprel tarixində yekunlaşacaq.