İdman

gimnastikadan

başlayır

Qadın idman gimnastımız 2 medal qazanıb

24 aprel 2022

Qadın idman gimnastımız 2 medal qazanıb

Aprelin 23-də Macarıstanın Budapeşt şəhərində qadın idman gimnastikası üzrə 26-cı “Elek Matolay Memorial Competition” adlı beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi idman gimnastikası üzrə yığma komandanın üzvləri Nazənin Teymurova, Milana Minakovskaya və Leyla Məmmədzadə təmsil ediblər. Gimnastımız Nazənin Teymurova gimnastika tirində bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. İdmançımız müxtəlif hündürlüklü qollar üzrə hərəkətlərdə gümüş medal qazanıb.