İdman

gimnastikadan

başlayır

...və nəhayət “Qızıl”

25 noyabr 2022

...və nəhayət “Qızıl”

Batut gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarının 3-cü günü Azərbaycan idmançıları üçün uğurlu başa çatıb.
Məhz bu gün gimnastlarımız nailiyyətlər xəzinəsinə qızıl medal əlavə edib. Belə ki, sinxron proqramda çıxış edən Mahsudov Maqsud və Abbasov Hüseyn 15-16 yaş kateqoriyasında qızıl medal qazanıb!
Bu gün, 15-16 yaş kateqoriyasında Qurbanov Bilal və Əsədullayev Hüseyn tamblinq yarışlarında, batut gimnastikasında isə Mirzəyev Nicat və Əliyev Mehdi sinxron proqramda öz bacarıqlarını nümayiş etdirib.
Sabah, noyabrın 26-da batut gimnastikası üzrə fərdi proqramda (11-12 yaş) Baxşəliyev Əmmar, Mustafayev Fərhad, Hüseynova Samirə və Cəfərova Səma, tamblinqda üzrə yarışlarda isə Karataşov Aleksey (13-14 yaş) çıxış edəcəklər.