AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Bizim könüllülər komandamıza sən də qoşul!

15.11.2017

Azərbaycan Gimnastika Federasiyası, 2018-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün könüllülərin qəbulunu elan edir.

Könüllülər, tədbir zamanı iştirak edəcək nümayəndə heyətlərini müşaiyət etmək, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəkdir.

Könüllülər, 15-18 mart 2018-ci il tarixlərində İdman Gimnastikası üzrə Dünya Kuboku, 12-15 aprel 2018-ci il tarixlərində Batut gimnastikası, Tamblinq və İkili mini batut üzrə Avropa Çempionatı, 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq Bədii Gimnastika üzrə Dünya Kuboku və 22-23 iyun 2018-ci il tarixlərində Yeniyetmələr arasında Olimpiya Oyunlarına İdman gimnastikası üzrə təsnifat xarakterli yarışlarda könüllü kimi iştirak hüququ qazanacaqlar.

Bu turnirlərdə könüllü olmaq istəyən gənclər 1 dekabr 2017-ci il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.

https://goo.gl/forms/Z4pXGdFT3P0YfZus1