İdman

gimnastikadan

başlayır

Rəhbərlik

Mehriban Əliyeva

AGF-nin Prezidenti

Əliyeva Mehriban Arif qızı Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Əliyeva Mehriban Arif qızı Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçmişdir.

1990 - 1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.

1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Həmin ildə AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak etmiş, Dünya və Avropa Çempionatlarının mükafatçıları olmuşlar. Azərbaycanda gimnastika növləri üzrə 17 Dünya Kuboku yarışları, 2 Dünya Çempionatı, 5 Avropa Çempionatı uğurla təşkil edilmişdir. 2014-cü ildən etibarən isə dünyada nadir idman qurğularından hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilmişdir. Hərtərəfli inkişafa üstünlük verməklə Mehriban Əliyevanın həyata keçirdiyi inkişaf strategiyası nəticəsində, hazırda Azərbaycanın 18 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir. 6 il ardıcıl olaraq AGF-nin Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısına düşməsi və son 3 il ərzində bu siyahıya liderlik etməsi, onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzunun bariz nümunəsidir.

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESСO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ilin martında Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy Inteqration Award-2005” beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci Dünya Çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESСO-nun “Qızıl Motsart” medalı təqdim edilib.

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı təqdim edilib.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

2012-ci ildə Mehriban Əliyeva “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” Azərbaycan Kazaklar İttifaqı tərəfindən ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına layiq görülüb.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı “Humanizm simvolu - 2012-ci ilin adamı” elan edib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.

2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.

2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunub.

2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7% (38 029 səs) toplayaraq deputat seçilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.

2016-cı il martın 6-da Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib.

2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu ilə təltif olunub.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Bu təyinatla əlaqədar 6 mart 2017-ci il tarixində V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilmişdir.

2017-ci il iyunun 2-də Memarlar İttifaqının fəxri üzvü seçilib. Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə Mehriban Əliyeva “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunub.

2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib.

2018-ci il martın 15-də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı Mehriban Əliyevaya təqdim edilib.

2018-ci il iyulun 18-də İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib.

2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

2019-cu il yanvarın 18-də Mehriban Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

2019-cu il avqustun 13-də Mehriban Əliyeva Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Altay Həsənov

AGF-nin Vitse-prezidenti

Həsənov Altay Tofik oğlu 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 

Həsənov Altay Tofik oğlu 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 

1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.

1983-1989-cu illərdə Azərbaycan SSR-i Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləmişdir.

1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçmişdir.

1986-1989-cu illərdə Azərbaycan SSR-i Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olmuşdur.

1989-cu ildə “Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləmişdir.

1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidentidir.

2003-cü ildən etibarən Bakıda gimnastika növləri üzrə təşkil olunan Avropa və Dünya Çempionatları, Dünya Kubokları və beynəlxalq turnirlərin keçirilməsi üzrə yaradılmış Yerli Təşkilat Komitələrinin Vitse-prezidentidir.

2014-cü ilin Bədii Gimnastika üzrə Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.

2015-ci il 29 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, “Şöhrət” ordeni ilə təltif edilib.

2017-ci ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisidir.

2021-ci ilin 4 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Evlidir, bir qızı, 3 nəvəsi var.

Nurlana Məmmədzadə

AGF-nin Baş katibi

Məmmədzadə Nurlana Balahüseyn qızı 1979-cu ilin 22 noyabr tarixində Bakı şəhərində anadan olub.

Məmmədzadə Nurlana Balahüseyn qızı 1979-cu ilin 22 noyabr tarixində Bakı şəhərində anadan olub.

1996-cı ildə 26 saylı orta məktəbi bitirərək, elə həmin ildə Təfəkkür Universitetinin filologiya fakültəsinə daxil olub.

2000-ci ildə Təfəkkür Universitetində Tərcümə ixtisası (ingilis-rus və əksinə) üzrə bakalavr dərəcəsini almışdır.

Xəzər Universitetinin Humanitar fakültəsində Tərcümə və Dillərarası Əlaqə üzrə təhsilini davam etdirmiş və 2003-cü ildə magistr dərəcəsini almışdır.

2001–2004-cü illərdə Bakıda inşaatın idarə olunması üzrə fəaliyyət göstərən “Bovis Lend Lease International Ltd.” şirkətində tərcüməçi-katib vəzifəsində çalışmışdır.

2005-2006-cı illərdə Bakıda “Bovis Lend Lease International Ltd.” (baş ofisi Londonda (Böyük Britaniya) yerləşən) şirkətində ofis meneceri vəzifəsində çalışmışdır.

2007-2009-cu illərdə Azərbaycan Gimnastika Federasiyasında (AGF) Baş katibin köməkçisi vəzifəsində çalışmışdır.

2009-cu ildə Bakıda keçirilən Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatının Təşkilat Komitəsinin üzvü olmuşdur.

2009-2017-ci illərdə AGF-nin Baş katibinin müavini vəzifəsində çalışmışdır.

2009-2013-cü illərdə Miyedə təşkil olunmuş Bədii Gimnastika üzrə Dünya Çempionatında (Yaponiya, 2009), Bakı (Azərbaycan, 2009), Bremen (Almaniya, 2010), Minsk (Bearusiya, 2011) və Vyanada (Avstriya, 2013) keçirilmiş Bədii gimnastika üzrə Avropa Çempionatlarında rəsmi nümayəndə heyətinin tərkibində komanda meneceri kimi iştirak etmişdir.

2013-2014-cü illərdə Bakıda FIG Akademiyası tərəfindən keçirilmiş bədii gimnastika üzrə məşqçilik kurslarının 1-ci (2013) və 2-ci (2014) səviyyələrinin təşkilində iştirak etmişdir.

2014-cü ildə Bədii Gimnastika üzrə 30-cu Avropa Çempionatının Yerli Təşkilat Komitəsinin koordinatoru funksiyasını yerinə yetirmişdir.

2014-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) gimnastika mütəxəssisi kimi çalışmışdır.

2015-2017-ci illərdə Bakıda keçirilən aşağıda qeyd olunmuş beynəlxalq tədbirlərin Yerli Təşkilat Komitəsinin koordinatoru funksiyasını yerinə yetirmişdir:

  • İdman Gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya kuboku, AGF Trophy (2016)
  • İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy (2017)
  • Batut Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy (2016, 2017)
  • Bədii Gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy (2016, 2017)
  • FIG-nin Şura iclası (2017)
  • 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika yarışları (2017)

 

2016-cı ildə AGF-nin ən yaxşı meneceri diplomuna layiq görülmüşdür.

2017-ci ildə Bakıda keçirilmiş FIG-nin Şura iclasında həmin qurum tərəfindən “Fəaliyyətin qiymətləndirilməsi” medalı ilə təltif olunmuşdur.

2017-ci ilin dekabr ayından etibarən AGF-nin Baş katibi vəzifəsində çalışır / 2017-ci ilin 9 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında bu vəzifəyə təyin edilmişdir.

2018-2020-ci illərdə Bakıda təşkil olunmuş beynəlxalq tədbirlərin Təşkilat Komitəsi daxilində İcraçı Direktor funksiyasını yerinə yetirmişdir:

  • Batut Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy (2019, 2020)
  • İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy (2018, 2019, 2020)
  • Batut Gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə 26-cı Avropa Çempionatı (2018)
  • Bədii Gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy (2018, 2019)
  • Akrobatika Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy (2018)
  • Bədii Gimnastika üzrə “AGF Junior Trophy” Beynəlxalq Turniri (2018, 2019)
  • Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə Avropa Təsnifat Yarışları (2018)
  • Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı (2019)
  • Aerobika Gimnastikası üzrə 11-ci Avropa Çempionatı (2019)
  • XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışları (2019)
  • Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatı (2019)
  • Kişi İdman Gimnastikası üzrə 1-ci “AGF Junior Trophy” Beynəlxalq Turniri (2020)

 

2017-2019-cu illərdə Avropa Gimnastika İttifaqının Splitdə (Xorvatiya, 2017) keçirilən 27-ci, Sofiyada (Bolqarıstan, 2019) təşkil olunan 28-ci Konqresində nümayəndə olmuş, Avropa Gimnastikasının “Communication” seminarında iştirak etmişdir (2018).

2018-2020-ci illərdə Bakıda FIG Akademiyası tərəfindən keçirilmiş bədii gimnastika (3-cü səviyyə / 2018), kişi idman gimnastikası (1-ci səviyyə / 2018; 2-ci səviyyə / 2019), aerobika gimnastikası (1-ci səviyyə / 2018; 2-ci səviyyə / 2019) və batut gimnastikası (2019) üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur.