İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

İyun

Bakıda 3-cü dəfə bədii gimnastika üzrə 30-cu Avropa Çempionatı təşkil edilmişdir və bu, MGA-da baş tutan ilk irimiqyaslı beynəlxalq yarış olmuşdur.

Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq, Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasovadan ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında böyüklər proqramı üzrə 3 top və 2 lentlə hərəkətlərin finalında gümüş medal qazanmışdır.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında gənc gimnast Jalə Piriyeva halqa ilə hərəkətlərin finalında gümüş medal əldə etmişdir.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında gənc gimnastlar (Jalə Piriyeva və Züleyxa İsmayılova) Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq komanda hesabında bürünc medal qazanmışlar.