Paytaxtımız 2-4 aprel tarixlərində FIG “Gimnastika hamı üçün” kollokviumuna ev sahibliyi etmişdir.
2 aprel tarixində Azərbaycan Gimnastika Federasiyasının 15-ci Ümumi Yığıncağı keçirilmişdir.
Paytaxtımızda 18-20 aprel tarixlərində Bədii gimnastika üzrə Dünya kuboku baş tutmuşdur.
16-20 aprel tarixlərində Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında milli komandamız 8 medal qazanmışdır.
Qarışıq cütlük - Raziyə Seyidli və Ağasif Rəhimov temp hərəkətlərində qızıl medal;
Kişi cütlüyü - Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətlərində, temp hərəkətlərində, çoxnövçülükdə gümüş medal;
Kişi qrupu - Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidli temp hərəkətlərində gümüş, balans hərəkətlərində bürünc medal;
Qadın qrupu - Zəhra Rəşidova, Nəzrin Zeyniyeva və Anahita Bashiri temp hərəkətlərində bürünc medal;
Qadın qrupu - Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadə çoxnövçülükdə bürünc medal sahibi olmuşdur.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə tarixdə ilk dəfə qadın və kişi qrupumuz Avropa çempionatında medal qazanmışdır.
Akrobatımız Ağasif Rəhimov Avropa Gimnastikası tərəfindən “Shooting star” mükafatına layiq görülmüşdür.
Kişi idman gimnastikası üzrə təmsilçimiz Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən "Dünya kuboku seriyasının qalibi” seçilmişdir.