İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Noyabr

5-9 noyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında milli komandamızın üzvləri - Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov 172.100 xalla komanda hesabında Dünya çempionu olmuşlar.

9-11 noyabr tarixlərində Gəncə şəhəri aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında 1-ci Avropa çempionatına ev sahibliyi etmişdir.

5-9 noyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov 50.070 xalla bürünc medal qazanmışlar. Fərdi proqramda Selcan Mahsudova Dünya beşincisi olaraq batut gimnastikası tarixində bir ilkə imza atmışdır.

14-16 noyabr tarixlərində Gəncə şəhəri aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatına ev sahibliyi etmişdir.

14–16 noyabr tarixlərində Gəncədə keçirilən aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatında milli komandamızın üzvləri, qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla Avropa çempionu adını qazanaraq 1-ci yerin sahibi olmuşlar.