İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Oktyabr

1–3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə keçirilən III MDB Oyunlarında kişilər arasında fərdi proqramda Maqsud Mahsudov qızıl medal, qadınlar arasında fərdi proqramda Selcan Mahsudova bürünc medal, qadınlar arasında sinxron proqramda Selcan Mahsudova və Şəfiqə Hümbətova bürünc, kişilər arasında sinxron proqramda Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medal, qarışıq cütlükdə Selcan Mahsudova və Maqsud Mahsudov gümüş medal, kişilər arasında komanda hesabında gimnastlarımız gümüş medal əldə etmişlər.

Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev 3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən Dünya kubokunu brinciliklə başa vuraraq Dünya kuboku seriyalarının qalibi olmuşdur. 

6-8 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə keçirilən III MDB Oyunlarında fərdi proqramda Azadə Atakişiyeva çoxnövçülük, top və lent ilə proqramlarda gümüş medal, Nur Sadıqova halqa ilə çıxışda bürünc medal, Fidan Qurbanlı gürzlərlə proqramda gümüş medal qazanmışlar. Qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürz ilə proqramlarda bürünc medala yiyələnmişlər. Qızlarımız komanda hesabında isə bürünc medalın sahibi olmuşlar.