İdman
gimnastikadan
başlayır
8–12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən Batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı keçirilmişdir. Çempionatda gimnastlarımız ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə gənclər arasında finala yüksəlməyi bacarmışdırlar.
Tamblinq üzrə fərdi proqramda Tofiq Əliyev gümüş medal qazanmışdır. Tamblinq üzrə komanda hesabında gimnastlarımız gümüş medal əldə etmişdir.
17-19 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku keçirilmişdir.
30 aprel – 3 may tarixlərində paytaxtımız bədii gimnastika üzrə Avropa kubokuna ev sahibliyi etmişdir.