İdman

gimnastikadan

başlayır

"Gimnastika hamı üçün" 3-cü Bakı Beynəlxalq “Challenge”i

Yarış haqqında

Bakı yenidən festival ab-havasına bürünəcək!

28 və 29 iyun tarixlərində Dənizkənarı Milli Parkda "Gimnastika hamı üçün" 3-cü Bakı Beynəlxalq “Challenge”i keçiriləcək. Challenge-də 4 müxtəlif ölkənin 52 komandası yer alacaq. İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə çıxış edəcəklər. Bu möhtəşəm tədbir gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu bir daha sübut edəcək. Əsl festival ab-havası yaşadacaq bu tədbir ustad dərsləri, komandaların rəngarəng çıxışları, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq.
Əgər sən də gimnastikanın və əyləncənin yaşı yoxdur deyirsənsə, bizə qoşul!

Məkan: Dənizkənarı Milli Park
Tarix: 28 və 29 iyun
Giriş sərbəstdir!

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr