İdman

gimnastikadan

başlayır

Tamblinq üzrə 16-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Akrobatika Gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı Birinciliyi, Batut Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi

Tamblinq üzrə 16-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Akrobatika Gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı Birinciliyi, Batut Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq, gimnastikanın 3 növü üzrə yerli yarışlar təşkil edəcək.

Belə ki, 21 sentyabr tarixində Bakı Gimnastika Məktəbində Tamblinq üzrə 16-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu və Ocaq Sport Klubunu təmsil edən 25 gimnast çıxış edəcək. İştirakçılar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Bir neçə gün sonra – 26 və 27 sentyabr tarixində isə Ocaq Sport Klubu 1-in zalında Akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı Birinciliyi baş tutacaq. Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu və Ocaq Sport Klubunu (Şabran)  təmsil edən ümumilikdə 25 qadın cütlükləri, kişi cütlükləri, qadın qrupları, kişi qrupları və qarışıq cütlüklər balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında öz güclərini sınayacaqlar.

Son olaraq isə mübarizəyə batutçular qoşulacaqlar. 27 sentyabr tarixində Ocaq Sport Klubu 1-in zalında Batut gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunacaq. Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edən ümumilikdə 44 batutçu balacalar, uşaqlar, yeniyetmələr gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar.

Yarışlara biletləri Ocaq Sport Klubu 1-in kassasından (​Bakı Olimpiya İdman Kompleksi,Olimpiya küç., 13əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manatdır.

Yarışların başlama vaxtı: 12:00

Məkan:

21 sentyabr Tamblinq üzrə yarışlar – Bakı Gimnastika Məktəbi (Üzeyir Hacibəyli küç. 54, Sahil metrosu)

26 və 27 sentyabr Akrobatika və Batut gimnastikası üzrə yarışlar– Ocaq Sport Klubu 1 (Bakı Olimpiya İdman Kompleksi, Olimpiya küç., 13)

Telefon: (+994 51) 566-96-99

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186