Azərbaycan Gimnastika Federasiyası 2018-ci ilin son yerli yarışlarına hazırlaşır. 2018-ci ilin milli yarışlar mövsümünə tamblinqçilər, batutçular və aerobika gimnastlarının çıxışları yekun vuracaq.
Belə ki, ilk olaraq, 10 dekabr tarixində baş tutacaq Tamblinq üzrə 16-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatında Bakı Gimnastika Məktəbi və Neftçi İdman Klubunu təmsil edən 21 gimnast balacalar, yenieytmələr, gənclər və böyüklər yaş kateqoriyasında çıxış edəcəklər. Ocaq Sport Klubunun yeganə təmsilçisi isə bu ilin Avropa Çempionu Mixail Malkin olacaq.
15 dekabr tarixi isə batutçular və aerobika gimnastlarının birgə yarışı ilə əlamətdar olacaq. Qeyd edək ki, Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı açıq elan olunub. Bu turnirdə tamaşaçılar yerli gimnastlarla yanaşı, Gürcüstan təmsilçilərinin də çıxışlarını izləyə biləcəklər. Batutçular balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yer alaraq, Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edəcəklər.
Aerobika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatına gəldikdə isə gimnastlar fərdi qadın, üçlük, qrup proqramında mübarizə aparacaqlar. Turnirdə əsasən Ocaq Sport Klubunun yetirmələri, həmçinin Sumqayıt şəhəri və Göyçay rayonun gimnastları çıxış edəcəklər.
Sözügedən hər iki yarışa biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manat təşkil edir.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |