İdman

gimnastikadan

başlayır

“Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu

“Oyuncaqların sərgüzəştləri”  adlı Yeni il şousu

Yarış haqqında

Əziz dostlar,
Hər dəyişən il həyatımızda möcüzələr yaradır. Hər kəsin gözlədiyi, sevimli və sehrli Yeni ilin gəlişinə sayılı günlər qalıb.
Möcüzəli, hədiyyəli, özü ilə yeni sevinclər gətirən təzə ilin gəlişini nəinki kiçiklər, hətta böyüklər də səbirsizliklə gözləyir. 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Gimnastika Federasiyası hər kəsi sevindirməyə qərar verib. 
Dekabrın 27-si Milli Gimnastika Arenasında keçiriləcək “Oyuncaqların sərgüzəştləri” adlı əyləncəli Yeni il şousu zamanı əsl möcüzəvi bayram abu-havası yaşanacaq. Belə ki, ulduz gimnastların ifasında müxtəlif illərin bütün tanış cizgi filmləri qəhrəmanları ilə birlikdə sizi maraqlı Yeni il macərası gözləyir. “Woody” və “Buzz” oğurlanmış yeni il ulduzunu qaytarmaq üçün sehrli səyahətə çıxacaqlar. Bu işdə onlara "Peter Pan", “Dzin-Dzin pərisi”, “Pinokkio” və başqaları kömək edəcək.
Bu gözəl bayram ərəfəsində nağıllar aləminə qərq olaraq, özünüzü Yeni il əhval-ruhiyyəsi ilə sevindirin!
Əyləncəli şouda uşaqları sürprizlər və hədiyyələr də gözləyir. 
Sizi Milli Gimnastika Arenasında gözləyəcəyik!
Şouya biletləri itickets.az saytından əldə etməyə tələsin!
Biletlərin qiyməti yerlərdən asılı olaraq 12 və 15 manat təşkil edir. 

Başlama vaxtı: 18:00
Məkan:
Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr