İdman

gimnastikadan

başlayır

Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci açıq Bakı çempionatı və açıq Bakı birinciliyi

Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci açıq Bakı çempionatı və açıq Bakı birinciliyi

Yarış haqqında

Elastiklik, güc, artistizm və başqa bir çox bacarığın ayrılmaz vəhdətindən bəhrələnən idman gimnastikasının başdöndürən dünyasına səyahət! Gimnastlarımız 9 və 10 may tarixlərində ölkəmizdə gimnastikanın nəbzinin atdığı doğma məkanda – Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci açıq Bakı çempionatı və açıq Bakı birinciliyində iştirak edəcək. Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edəcək. 
Bakı çempionatında böyüklər (2008-ci il və daha böyüklər), gənclər (2011-2009), yeniyetmələr (2012-2013) yaş kateqoriyasında qadın idman gimnastikasının nümayəndələri, böyüklər (2006-cı il və daha böyüklər), gənclər (2007-2008 / kateqoriya A), gənclər (2009-2010 / kateqoriya B), yeniyetmələr (2011-2012) yaş kateqoriyalarında isə kişi idman gimnastikasının təmsilçiləri mübarizə aparacaqlar. Bakı birinciliyində iştirak edəcək idmançılar arasında kişi idman gimnastikasının yeniyetmələr (2011-2012), uşaqlar (2013-2014), balacalar (2015-2016), kiçiklər (2017), qadın idman gimnastikasının isə gənclər (2011-2009) və yeniyetmələr (2012-2013) yaş qrupuna aid nümayəndələri yer alacaq. Xanım idmançılar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlərdə, kişi gimnastlar isə sərbəst hərəkətlər, gimnastika atı, halqalar, dayaqlı tullanma, parallel qollar və turnikdə özlərini sınayacaqlar.  
İdmançıların icra edəcəyi mayallaq aşma, salto və fırlanma elementləri yarışa tamaşa edən hər kəsin heyrətdən başını döndürəcək! Müqayisəsi olmayan güc və estetika nümayişini izləmək fürsətini qaçırmayın.

Yarışların başlama vaxtı:
9 may - 12:00 
10 may - 10:00 
Ünvan: Bakı şəh., Heydər Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
 

Vacib sənədlər

Faydalı məlumatlar

Nəticələr