İdman

gimnastikadan

başlayır

“Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”i

 “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”i

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası olaraq daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcəyimizi bildirməkdən böyük məmnunluq hissi duyuruq! 1 və 2 iyun tarixlərində “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”i keçiriləcək. Yaşından və fiziki hazırlıq səviyyəsindən aslı olmayaraq bütün insanları birləşdirəcək bu gimnastika bayramında Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə, 60-a yaxın komanda və 800-ə yaxın iştirakçı yer alacaq. İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə çıxış edəcəklər. Bu möhtəşəm tədbir gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu bir daha sübut edəcək. Əsl festival ab-havası yaşadacaq bu tədbir ustad dərsləri, komandaların rəngarəng yürüşü, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə start götürəcək və növbəti gün Qala şou ilə davam edəcək bu tədbirdə sizi də görməkdən məmnun olarıq.


Məkan: Dənizkənarı Bulvar, Azərbaycan Dövlət Kukla Teatrının arxası

Vacib sənədlər

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr