İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 30-cu Avropa Çempionatı

Bədii gimnastika üzrə 30-cu Avropa Çempionatı

Yarış haqqında

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatında iştirak etmək üçün 33 ölkə qeydiyyatdan keçib!

13-15 iyun tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatında iştirak etmək üçün 33 ölkə son sifariş formalarını göndərmişdir. Bunlar - Andorra, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveçrə, Slovakiya, Türkiyə, Ukrayna və əlbəttə ki, Azərbaycandır. Bu barədə məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə Lozanna şəhərində yerləşən Avropa Gimnastika İttifaqının katibliyi vermişdir. Onlardan 32 ölkənin gimnastları yeniyetmələr arasında fərdi turnirdə, Avropanın 21 komandası isə böyüklərdən ibarət qrup hərəkətləri kollektivləri ilə öz güclərini sınayacaqlar. Daha dəqiq desək, hər bir ölkə 1 ehtiyat gimnastı olmaqla, 4 fərdi yeniyetmə gimnast və bir qrup hərəkətləri komandası ilə təmsil oluna bilər. Nəhayət, 2013-cü ildə Vyanada keçirilən Avropa Çempionatının nəticələrinə əsasən ən yaxşı 20 gimnast Olimpiya proqramına daxil olan çoxnövçülükdə qitə çempionunu müəyyən edəcəklər.

Ümumilikdə isə Bakıda 258 gimnast 9 dəst mükafat uğrunda yarışacaq. Avro-2014-ün qrafikinə əsasən, çempionatın ilk günü (13 iyun) yeniyetmə gimnastların halqa və topla təsnifat yarışları, rəngarəng açılış mərasimi təşkil olunacaq və qrup hərəkətləri komandaları arasında iki çıxışın nəticəsinə görə Avropa Çempionu müəyyən olunacaq.

Yarışların ikinci günü (14 iyun) yeniyetmə gimnastların gürzlər və lentlə çıxışlarından sonra, onlar komanda hesabında Avropa Çempionunu müəyyən edəcək, həmçinin daha böyük gimnastlar arasında çoxnövçülük üzrə final mərhələsi keçiriləcək.

Yarışların son günü, Milli Qurtuluş Günündə (15 iyun) yeniyetmələr və qrup komandaları arasında ayrı-ayrı növlər üzrə final mərhələləri, həmçinin bağlanış mərasimi və Avropa gimnastika ulduzlarının iştirakı ilə Qala-konsert təşkil olunacaq.

Mətbuat xidmətinin verdiyi daha bir məlumata əsasən, 3-6 aprel tarixlərində Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri Bakıda səfərdə olacaqlar. Onlar 5 aprel tarixində Texniki Komitənin prezidenti Hayde Bruneder (Avstriya) ilə birgə çempionatın püşkatma mərasimini keçirəcək və Təşkilat Komitəsinin üzvləri ilə görüşəcəklər. Daha sonra Texniki Komitənin üzvləri çempionatın saytı və təbliğat video-çarxının təqdimatında iştirak edəcək və yarışın keçirilməsi ilə bağlı bir çox texniki məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, Avropa Çempionatı "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Bu müasir kompleks artıq Bakının yeni və tanınmış idman qurğuları siyahısına daxil olmuşdur.

İştirakçı ölkələrin nümayəndə heyətləri yarışların keçiriləcəyi yerin yaxınlığında olan, 2015-ci ildə təşkil olunacaq Avropa Oyunları üçün inşa edilmiş İdmançılar Kəndində yerləşdiriləcək.

Avropa Çempionatını yerli mətbuatla yanaşı, xarici kütləvi informasiya vasitələri də işıqlandıracaq. Mətbuat nümayəndələrinə gəldikdə isə, (televiziya, jurnalistlər, fotoqraflar, elektron KİV, blogerlər və s.) onlar Avropa Gimnastika İttifaqının aşağıdakı internet saytı ünvanına daxil olaraq, akkreditasiyadan keçə bilərlər - fedintgym.com/mediamanager/. Mətbuat nümayəndələri üçün qeydiyyatdan son keçmə tarixi - 28 may 2014-cü il.

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

Əsas qaydalara əsasən, 2014 Avropa Çempionatı 3 gün ərzində təşkil olunacaq:.Bazar günü, 8 iyun 2014-cü il
Gün ərzində - Avropa Gimnastika İttifaqının (AGİ) Bədii Gimnastika (BG) üzrə Texniki Komitə üzvlərinin gəlişi 

Bazar ertəsi günü, 9 iyun 2014-cü il
09h00 - 18h00 - BG üzrə TK-nin Yerli Təşkilat Komitəsi (YTK) ilə iclası 

Çərşənbə axşamı günü, 10 iyun 2014-cü il
Gün ərzində - Nümayəndə heyətlərinin rəsmi gəlmə günü 
09h00 - 12h00 BG üzrə TK-nin YTK və “Swiss Timing” şirkətinin nümayəndələri ilə iclası
15h00 - 18h00 BG üzrə TK-nin YTK və “Swiss Timing” şirkətinin nümayəndələri ilə iclası


Çərşənbə günü, 11 iyun 2014-cü il
08h00 - 22h00 - Rəsmi məşqlər 
09h00 - BG üzrə TK-nin YTK ilə iclası 
18h00 - Nümayəndə heyəti başçılarının iştirakı ilə məlumat xarakterli istiqamətləndirici iclas 


Cümə axşamı günü, 12 iyun 2014-cü il
08h00 - 22h00 - Rəsmi məşqlər
09h00 - 12h00 - Hakimlər üçün kurs
12h30 - İlk mətbuat konfransı
12h00 - Hakimlər üçün kursların sonunda SWISS TIMING şirkəti nümayəndələri tərəfindən veriləcək təlimat 


Cümə günü, 13 June 2014
08h45 - Yeniyetmələr arasında fərdi proqramda çıxış edən gimanstların Yarış I 
08h45 - Halqa + top və böyüklədən ibarət qrup hərəkətləri komandaları arasında Yarış I üçün hakimlərin püşk atması 
09h30 - 11h15 - Yarış I – yeniyetmə gimnastlar, A qrupu - halqa + top
11h30 – 11h50 - Fasilə
11h50 - 13h50 - Yarış I - yeniyetmə gimnastlar, B qrupu - halqa + top
13h50 – 14h45 - Fasilə
14h45 – 16h30 - Yarış I - yeniyetmə gimnastlar, C qrupu - halqa + top
16h30 – 17h00 Fasilə
17h00 - 17h55 Açılış mərasimi
17h55 - 20h45 Yarış I – böyüklərdən ibarət qrup hərəkətləri komandaları 10 gürzlə / 3 top - 2 lentlə çıxışların bir-birini əvəz etməsi ilə
20h45 - Böyüklərdən ibarət qrup hərəkətləri komandalarının Yarış I üzrə mükafatlandırma mərasimi 


Şənbə günü, 14 iyun 2014
08h45 Yeniyetmələr arasında fərdi proqramda çıxış edən gimanstların Yarış I
08h45 Gürzlər + lent və böyüklər arasında fərdi proqramda çıxış edən gimnastların Yarış II üçün hakimlərin püşk atması
09h30 - 11h30 - Yarış I - yeniyetmə gimnastlar, B qrupu – gürzlər + lent
11h30 – 11h50 - Fasilə
11h50 - 13h50 - Yarış I - yeniyetmə gimnastlar, C qrupu – gürzlər + lent
13h50 – 14h30 - Fasilə
14h30 – 16h30 - Yarış I - yeniyetmə gimnastlar, A qrupu – gürzlər + lent
16h30 – 17h00 - Yeniyetmələr arasında fərdi proqramda çıxış edən gimnastların komanda hesabında Yarış I üzrə mükafatlandırma mərasimi və fasilə
17h00 – 19h00 - Böyüklər arasında fərdi proqramda çıxış edən gimnastlar Yarış II, B qrupu (çıxış ardıcılliğı - 11-20)
19h00 - 19h15 - Fasilə
19h15 – 21h15 - Böyüklər arasında fərdi proqramda çıxış edən gimnastlar Yarış II, A qrupu (çıxış ardıcılliğı - 1-10)
21h15 - Böyüklər arasında fərdi proqramda çıxış edən gimnastların Yarış II üzrə mükafatlandırma mərasimi


Bazar günü, 15 iyun 2014-cü il
10h45 - Yarış III üçün hakimlərin püşk atması
10h45 - Yeniyetmələr arasında fərdi proqramda çıxış edən gimnastların Yarış III və böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında Yarış III, yalnız neytral hakimlər 
12h00-13h00 - Yarış III – yeniyetmə gimnastlar (halqa və top) və mükafatlandırma mərasimi
13h00-14h00 - Yarış III – yeniyetmə gimnastlar (gürzlər və lent) və mükafatlandırma mərasimi 
14h00-14h30 - Fasilə
14h30-16h20 - Yarış III – böyüklərdən ibarət qrup hərəkətləri komandaları – 10 gürz, 3 top - 2 lentlə və mükafatlandırma mərasimi 
16h20-16h30 - Fasilə
16h30 - Qala və bağlanış mərasimi 
19h30 - Banket 


Bazar ertəsi günü, 16 iyun 2014-cü il
Nümayəndə heyətlərinin qayıdışı
09h00 - 18h00 - Bədii gimnastika üzrə TK-nin iclası 


Çərşənbə axşamı günü, 17 iyun 2014-cü il
Gün ərzində - AGİ-nın BG üzrə TK üzvlərinin qayıdışı

 

İştirakçılar