İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı

Aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünün növbəti tədbirini elan edir! Federasiyamız tərəfindən təşkil olunacaq növbəti yarış iyunun 21-də Neftçala şəhərində baş tutacaq aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı olacaq. Ölkənin aerobika gimnastikası üzrə ən istedadlı gimnastları bu çempionatda bir araya gələcək. Neftçala Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 idmançı hazırlıq və bacarıqlarını sınayacaq. 
İdmançılar ölkə çempionatında yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyüklər) yaş kateqoriyalarında mübarizə aparacaqlar. 
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Bu tədbir yalnız yarış deyil, həm də gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaradır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək idmançıların yetişdirilməsinə dəstək olur.

Yarışın başlama vaxtı: 12:00
Ünvan: Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, 2A
 

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr