İdman
gimnastikadan
başlayır
Milli yarışlar davam edir!
13 və 14 dekabr tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində “Aerobika gimnastikası üzrə 9-cu Bakı çempionatı, akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi” baş tutacaq.
Yarışda ölkənin aerobika və akrobatika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gələcəklər. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq müxtəlif proqramlarda çıxış edəcəklər.
Tarix: 13 və 14 dekabr
Məkan: Heydər Əliyev adına İdman Konsert Kompleksi