İdman

gimnastikadan

başlayır

Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Çempionatı Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı və Açıq Bakı Birinciliyi

Akrobatika Gimnastikası  üzrə Azərbaycan və Bakı Çempionatı   Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı və Açıq Bakı Birinciliyi

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası payızın son günlərində növbəti milli yarışına hazırlaşır. 23-24 noyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalı idman gimnastlarının və akrobatların ixtiyarında olacaq. Belə ki, bu tarixlərdə Kişi idman gimnastikası üzrə 25-ci, qadın idman gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Açıq Bakı Birinciliyi, akrobatika gimnastikası üzrə isə 25-ci Azərbaycan və Bakı Çempionatı keçiriləcək.

Turnirdə akrobatlar “uşaqlar”,  “yeniyetmələr” və “böyüklər” yaş kateqoriyasında yer alaraq, qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar.

İdman gimnastları isə “balalar”, “balacalar”, “kiçiklər”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasına bölünərək, medallar uğrunda mübarizə aparacaqlar.

200-dən çox gimnastın iştirakı ilə  2 gün davam edəcək turnirdə Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Neftçi İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Şabran rayonu təmsil olunacaqlar.

Yarışlara biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manat təşkil edir.

 

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası  

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

Proqram