İdman

gimnastikadan

başlayır

Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı, Bakı Birinciliyi. Akrobatika Gimnastikası üzrə Azərbaycan Çempionatı

Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Çempionatı, Bakı Birinciliyi. Akrobatika Gimnastikası üzrə Azərbaycan Çempionatı

Yarış haqqında

Gimnastika növləri üzrə təşkil olunacaq birgə yarışlarda bu dəfə, akrobatlar və idman gimnastları bir araya gələcəklər.

17-18 noyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında Kişi və Qadın İdman Gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi, eyni zamanda Akrobatika Gimnastikası üzrə Azərbaycan Çempionatı təşkil olunacaq. 2 gün boyunca davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq. Onlar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.

Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manatdır.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Öz sevimli gimnastlarını dəstəkləmək üçün bütün tamaşaçıları yarışlarımıza dəvət edirik!

Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

17 noyabr

12:00-12:15 - Açılış mərasimi

12:15-12:45 AKG - böyüklər (2004-cü il təvəllüdlülər və daha böyüklər) Qarışıq cütlüklər, kişi cütlüyü və qadın qrupu

12:45-13:30 Fasilə

13:30-16:30 KİG - balalar (2009-2010), kiçiklər ( 2007-2008 ) və balacalar ( 2006-2007 )

                    QİG - uşaqlar (2008-2009), yeniyetmələr (2007-2008) və gənclər (2004-2006)

16:30 Mükafatlandırma mərasimi (KİGQİG)

18 noyabr

12:00-15:00 KİG - uşaqlar (2004-2005), yeniyetmələr (2002-2004) gənclər (2000-2002) və böyüklər (1999-cu il təvəllüdlülər və daha böyüklər) QİG - balacalar ( 2009-2010 )

15:00 Mükafatlandırma mərasimi (KİGQİG)

*KİG - kişi idman gimnastikası

*QİG - qadın idman gimnastikası

*AKG - akrobatika gimnastikası

İştirakçılar