İdman

gimnastikadan

başlayır

İdman Gimnastikası üzrə 25-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

İdman Gimnastikası üzrə 25-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.

Silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə 29-30 iyun tarixlərində baş tutacaq Kişi və Qadın İdman Gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatına hazırlaşır.

İki gün davam edəcək turnirdə Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu, Neftçi İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcək ümumilikdə 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manatdır.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

 

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası  

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar