BATUT GİMNASTİKASI VƏ TAMBLİNQ ÜZRƏ AZƏRBAYCAN VƏ BAKI BİRİNCİLİYİ, BAKI ÇEMPİONATI
7 noyabr tarixində Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası və tamblinq üzrə Azərbaycan və Bakı Birinciliyi, Bakı Çempionatı keçiriləcək. 2013-cü ilin sonundan ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə çempionat və birincilik ilk dəfə keçiriləcək. Tamblinq üzrə belə növ yarış isə sayca 10-dur.
Turnirdə ümumilikdə Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq” idman klubunu təmsil edən 46 idmançı iştirak edəcək.
Yarışlar tamblinq cığırı üzərində çıxışlarla başlanacaq. Kişilər öz güclərini “böyüklər” (1998-ci il təvəllüdlülər və daha böyüklər), “yeniyetmələr” (2002-2005) və “balacalar” (2006-2007) üzrə yaş kateqoriyalarında sınayacaqlar. Qadınlar arasında isə yarışlar “balacalar” yaş qrupunda keçiriləcək.
Fasilədən sonra yarışlar batut üzərində valehedici çıxışlarla davam edəcək. Tamaşaçılar “böyüklər” (1998-ci il təvəllüdlülər və daha böyüklər), “uşaqlar” (2005-2006) və “kiçiklər” (2007-2010) yaş qruplarına daxil olan kişi gimnastların çıxışlarını izləyəcəklər. Qadınlar arasındakı yarışlarda isə “böyüklər” (1998-ci il təvəllüdlülər və daha böyüklər), “balacalar” (2002-2004) və “kiçiklər” (2007-2010) yaş qruplarında yer almış idmançılar iştirak edəcək.
Bakı 2015 ilk Avropa oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və Oyunların iştirakçıları Oleq Piunov və Sabina Zaytseva da batut üzərində öz ustalıqlarını nümayiş etdirəcəklər.
Yarışların başlama vaxtı: 12:00-da
Keçirilmə yeri: Milli Gimnastika Arenasının köməkçi zalı
Ünvan: Bakı şəh., Heydər Əliyev prospekti, 108
Keçid: “Koroğlu” metro stansiyası
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |
PROQRAM
7 noyabr 2015-ci il
12:00-12:35 Tamblinq cığırında çıxışlar, Qrup 1:
kişilər böyüklər (1998-ci il təvəllüdlülər və daha böyüklər)
yeniyetmələr (2002-2005-ci il təvəllüdlülər)
qadınlar balacalar (2006-2007-ci il təvəllüdlülər)
12:35-12:50 Fasilə
12:50-13:20 Tamblinq cığırında çıxışlar, Qrup 2:
kişilər balacalar (2006-2007-ci il təvəllüdlülər)
13:20-13:25 Nümunəvi çıxışlar
13:25-13:45 Açılış mərasimi və tamblinq üzrə mükafatlandırma mərasimi
13:45-14:20 Fasilə
14:20-14:40 Batut üzərində çıxışlar, Qrup 1:
kişilər uşaqlar (2005-2006-ci il təvəllüdlülər)
qadınlar balacalar (2002-2004-cü il təvəllüdlülər) və
kiçiklər (2007-2010-cu il təvəllüdlülər)
14:40-14:55 Fasilə
14:55-15:15 Batut üzərində çıxışlar, Qrup 2:
kişilər kiçiklər (2007-2010-cu il təvəllüdlülər)
15:15-15:35 Fasilə
15:35-15:55 Batut üzərində çıxışlar, Qrup 3:
kişilər böyüklər (1998-ci il təvəllüdlülər və daha böyüklər)
qadınlar böyüklər (1998-ci il təvəllüdlülər və daha böyüklər)
15:55-16:10 Nümunəvi çıxışlar
16:10 Batut gimnastikası üzrə mükafatlandırma və bağlanış mərasimi
Batut | |||
Kişi qrupu böyüklər | |||
1 | İlya Qrişunin | Ocaq | 104,83 |
2 | Dmitriy Fedorovskiy | Ocaq | 97,64 |
3 | Oleg Piunov | Ocaq | 77,79 |
4 | Ruslan Ağamirov | Ocaq | 61,605 |
Qadın qrupu böyüklər | |||
1 | Svetlana Makştaryova | Ocaq | 99,275 |
2 | Sabina Zayceva | Ocaq | 50,69 |
Qadın qrupu kiçiklər | |||
1 | Fidan Əzizova | BGM | 68,405 |
2 | Şəfigə Hümbətova | BGM | 68,185 |
3 | Violetta Sorokina | BGM | 66,01 |
4 | Kamilla Rəsulova | Ocaq | 62,705 |
Kişi qrupu uşaqlar | |||
1 | Riyad Abbasov | BGM | 73,035 |
2 | İvan Şulikin | Ocaq | 71,055 |
3 | Murad Əlizadə | BGM | 70,48 |
4 | Aleksey Karataşov | BGM | 60,9 |
Qadın qrupu balacalar | |||
1 | Selcan Mahsudova | BGM | 79,47 |
2 | Lətifə Babayeva | BGM | 69,355 |
Kişi qrupu kiçiklər | |||
1 | Hüseyn Abbasov | BGM | 80,2 |
2 | Maqsud Mahsudov | BGM | 71,235 |
3 | Bəhruz Hüseynli | BGM | 70,575 |
4 | Urfan Əhmədli | BGM | 70,025 |
5 | Ammar Baxşaliyev | BGM | 67,322 |
6 | Ədalət Qaraşlı | BGM | 64,795 |
7 | Əli Niftəliyev | BGM | 62,325 |
8 | Polad Xasbilatov | BGM | 62,085 |
9 | Rauf Mikayıllı | BGM | 59,93 |
10 | Fərid Babalı | BGM | 55,11 |
11 | Nicat Mirzəyev | BGM | 53,36 |
Tamblinq | |||
Kişi qrupu böyüklər | |||
1 | Mixail Malkin | BGM | 64,7 |
Kişi qrupu yeniyetmələr | |||
1 | Adil Hacızadə | Neftçi | 55,9 |
2 | Tofig Əliyev | BGM | 55,5 |
3 | Elnur Məmmədov | BGM | 50,9 |
4 | Ruslan Qurbanov | BGM | 50,7 |
5 | Bəxtiyar Həsənov | BGM | 50 |
6 | Yalçın Atakişiyev | BGM | 49 |
Qadın qrupu balacalar | |||
1 | Zeynəb Qasımlı | BGM | 56,2 |
2 | Aliyə İsmayılova | BGM | 51,2 |
Kişi qrupu balacalar | |||
1 | Bilal Qurbanov | BGM | 57,1 |
2 | Neçmettin Yolçiyev | BGM | 54,6 |
3 | Hüseyn Əsədullayev | BGM | 53,9 |
4 | Muhəmmədəli Camalov | BGM | 52,1 |
5 | Əli Mürsəlzadə | BGM | 49,7 |
6 | Abbas Abbasov | BGM | 49,6 |
7 | İmran Əliyev | BGM | 47,7 |