İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Avropa Çempionatı öncəsi test-turniri xarakteri daşiyan Azərbaycan Çempionatı

Bədii gimnastika üzrə Avropa Çempionatı öncəsi test-turniri xarakteri daşiyan Azərbaycan Çempionatı

Yarış haqqında

Bu gün Bakıda bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı keçirilir. Yarışlarda 22 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak edirlər. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışırlar.

Azərbaycanın hazırkı çempionu Marina Durunda şübhəsiz ki, öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. 1-ci yer uğrunda mübarizədə onun əsas rəqibləri LaləYusifova, Gülsüm Şəfizadə və Nülufər Niftalıyeva hesab olunurlar.

Yarışlarda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"-nun idmançıları da iştirak edirlər. Turnirdə həmçinin Bakıda təlim-məşq toplanışlarda olan Macarıstan və Qazaxıstan gimnastları müsabiqədən kənar çıxışları nəzərdə tutulur.

Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və 13-15 iyun tarixlərində təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test-turniri xarakteri daşıması yarışlara olan marağıdaha da artırmışdır.

Çempionat, ölkənin ən yaxşı gimnastlarının iştirak edəcəyi Qala-konsertin parlaq nümunəvi çıxışları ilə yekunlaşacaq.

Yarışlar saat 12:00-da başlanır

Yarışların keçirilmə yeri - Milli Gimnastika Arenası

Ünvan: Heydər Əliyev prospekti, 108A

Keçid: Koroğlu metrostansiyası.

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

11.30–11.50 Hakimlərin püşkatması
11.50–12.00 Hakimlərin təqdimatı
12.00–14.00 Yuniorlar gimnastların halqa, top, gürzlər və lentlə çıxışları (A qrupu)
14.00–14.30 Fasilə
14.30–16.30 Yuniorlar və senior gimnastların halqa, top, gürzlər və lentlə çıxışları (B qrupu)
16.30–17.10 Qala-konsert
17.10-17.30 Yunior və senior gimnastların mükafatlandırma və bağlanış mərasimi
 

İştirakçılar

İştirakçılar

Yuniorlar və senyorlar

Ağamirova Zöhrə Atil qızı “Neftçi İdman Klubu” İctimai Birliyi
Bayramova Ayşən Ramiz qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Bəydiyeva Minə Arani “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti
Durunda Marina Sergeyevna Milli komanda
Durunda Marina Sergeyevna "Ocaq Sport İdman Klubu" İctimai Birliyi
İbrahimova Leyli İlqar “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti
İsmayılova Züleyxa  Etibar qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Katkova Elina Oleq İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Niftalıyeva Nilufər Nəsib qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Piriyeva Jalə Azad qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Şəfizadə Gülsüm Nizam qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi
Səttarova Ruqiyyə Vəli qızı “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti
Yusifova Lalə Məzahir qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi

Yuniorlar

Bağırova Nurlanə Vaqif “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti
Cəfərova Ayna Bəxtiyar İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Cəfərova Simarə Siyavuş qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Hüseynbəyli Ləman Vüqar İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Məmmədli Aytac Pərviz “Neftçi İdman Klubu” İctimai Birliyi
Mustafayeva Mədinə Toğrul qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Mustafazadə Mərziyyə Samir “Neftçi İdman Klubu” İctimai Birliyi
Süleymanzadə Aliya Babək qızı “Neftçi İdman Klubu” İctimai Birliyi