İdman
gimnastikadan
başlayır
21 oktyabr tarixində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə 22-ci ölkə birinciliyi keçiriləcək.
Ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar. Yarış çərçivəsində batut gimnastları fərdi və sinxron proqramlarda öz bacarıqlarını nümayiş etdirəcəklər. Tamblinq üzrə mübarizədə isə idmançılar fərdi proqramda çıxışlar təqdim edəcəklər.
Gənc gimnastların ustalıqlarını nümayiş etdirmələri, yarış təcrübələrini artırmaları və ən güclülərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyan yarışda tamaşaçıları həyəcan dolu anlar, dinamik çıxışlar və gərgin idman mübarizəsi gözləyir.
Tarix: 21 oktyabr
Məkan: Milli Gimnastika Arenası (Köməkçi zal)