İdman
gimnastikadan
başlayır
Bu dəfə batut gimnastikası Şəkidə!
26 sentyabr tarixində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi keçiriləcək. Gimnastlar fərqli yaş kateqoriyalarında həm fərdi, həm də sinxron proqramlarda qalibiyyət uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.
Əziz Şəki idmansevərləri, həyəcan dolu atlayışlar və mübarizə dolu yarış sizi gözləyir! Bu idman şousunu izləmək fürsətini qaçırmayın!
Məkan: Şəki OİK
Tarix: 26 sentyabr
Giriş sərbəstdir!