İdman
gimnastikadan
başlayır
Bədii gimnastlar “İdman paytaxtı” Qazaxa gəlir!
10 və 11 oktyabr tarixlərində Qazax Olimpiya İdman Kompleksində zərifliklə gücün birləşdiyi möhtəşəm bir idman bayramı yaşanacaq. 2026-cı ilin “İdman Paytaxtı” olan Qazax bu dəfə bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edəcək.
Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq. Ölkənin müxtəlif klublarından qatılan idmançıların iştirakı isə turnirə xüsusi rəng qatacaq.
Təbiətin gözəlliyi və idmanın gücünü özündə birləşdirən Qazax bütün idmansevərləri bir araya gətirəcək. Zəriflik və incəlik dolu bu turniri canlı izləmək şansını qaçırmayın!
Məkan: Qazax OİK
Tarix: 10 və 11 oktyabr
Giriş sərbəstdir!