İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə

Bədii gimnastika üzrə

Yarış haqqında

Bədii gimnastlar “İdman paytaxtı” Qəbələyə gəlir! 

Oktyabrın 24-dən 26-dək Qəbələ Olimpiya İdman Kompleksində zərifliklə gücün birləşdiyi möhtəşəm bir idman bayramı yaşanacaq. 2025-ci ilin “İdman Paytaxtı” olan Qəbələ bu dəfə bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edəcək. 
Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq. Ölkənin müxtəlif klublarından qatılan idmançıların iştirakı isə turnirə xüsusi rəng qatacaq. 

Təbiətin gözəlliyi və idmanın gücünü özündə birləşdirən Qəbələ bütün idmansevərləri bir araya gətirəcək. Zəriflik və incəlik dolu bu turniri canlı izləmək şansını qaçırmayın! 

Məkan: Qəbələ OİK
Tarix: 24-26 oktyabr
Giriş sərbəstdir!

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr