Bədii gimnastların iştirak edəcəyi növbəti milli yarış “Bədii gimnastika üzrə 30-cu Bakı birinciliyi” olacaq.
10-12 aprel tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək yarışda gimnastlar müxtəlif yaş qrupları üzrə halqa, top, gürzlər və lent ilə proqramda öz bacarıqlarını nümayiş etdirəcəklər.
Zərif gimnastların maraqlı çıxışlarından həzz almaq şansını qaçırmayın.
Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.