İdman
gimnastikadan
başlayır
Milli yarışların növbəti dayanacağı bədii gimnastika üzrə 30-cu Bakı çempionatı olacaq.
28 və 29 noyabr tarixlərində Milli Gimnastika Arenası yenidən zərifliyin və ritmin harmoniyasına şahidlik edəcək.
Kiçikdən-böyüyə hər kəsi valeh edən bu idman növünün nümayəndələri top, lent, gürzlər və halqa ilə proqramda müxtəlif yaş kateqoriyaları üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Gimnastlarımızın bu qələbə şövqünə siz də qoşulun!
Tarix: 28 və 29 noyabr
Məkan: Milli Gimnastika Arenası