İdman
gimnastikadan
başlayır
Əziz şəkililər, bədii gimnastlar Şəkiyə gəlir!
20 və 21 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi baş tutacaq. İki gün davam edəcək yarışda müxtəlif yaş qruplarına aid gimnastlar halqa, top, gürzlər və lent ilə proqramlarda öz məharətlərini, çevikliklərini və bacarıqlarını təqdim edəcəklər.
Yarış iştirakçıları yalnız texniki ustalıqları ilə deyil, həm də artistizmləri, musiqi ilə harmoniyaları və zərif çıxışları ilə diqqət çəkəcəklər. Bu tədbir həm gənc idmançılar üçün böyük bir təcrübə, həm də tamaşaçılar üçün estetik zövq yaşadan unudulmaz idman bayramı olacaq.
Əziz Şəki idmansevərləri və qonaqları, bu iki gün ərzində musiqi və idmanın birləşdiyi unikal anların şahidi olmaq şansını qaçırmayın!