İdman
gimnastikadan
başlayır
Əziz gimnastikasevərlər, bədii gimnastlar yenidən yarış meydançasında!
10-12 sentyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci Bakı birinciliyi baş tutacaq. Üç gün davam edəcək yarışda müxtəlif yaş qruplarına aid gimnastlar halqa, top, gürzlər və lent ilə proqramlarda öz məharətlərini, çevikliklərini və bacarıqlarını təqdim edəcəklər.
Yarış iştirakçıları yalnız texniki ustalıqları ilə deyil, həm də artistizmləri, musiqi ilə harmoniyaları və zərif çıxışları ilə diqqət çəkəcəklər. Bu tədbir həm gənc idmançılar üçün böyük bir təcrübə, həm də tamaşaçılar üçün estetik zövq yaşadan unudulmaz idman bayramı olacaq.
Əziz idmansevərlər, bu üç gün ərzində musiqi və idmanın birləşdiyi unikal anların şahidi olmaq şansını qaçırmayın!