İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Avropa kuboku

Bədii gimnastika üzrə Avropa kuboku

Yarış haqqında

Bu il ölkəmiz gimnastika üzrə daha bir ilkə imza atacaq. Belə ki, 3-5 may tarixlərində Avropa Gimnastikasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku keçiriləcək.
34 ölkənin ən zərif gimnastika növünün təmsilçilərini bir araya gətirəcək yarış yeni formatı ilə fərqlənəcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq üçgünlük kubokun proqramına əsasən böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparacaqlar.
Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə yarışacaqlar.
Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.
Böyüklər və gənclər arasında keçirilən turnir Beynəlxalq Gimnastika Federasiyasına (FIG) üzv olan bütün milli federasiyalar üçün açıqdır.
Yarış həyəcanını bizimlə birgə yaşamaq istəyən gimnastika azarkeşləri biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarış haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.

Yarışların başlama vaxtı:
3 may: 09:00
4 may: 10:00
5 may: 10:00

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

 

 

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr