İdman
gimnastikadan
başlayır
Bakı yenidən zərifliyin və incəliyin mərkəzinə çevrilir.
17-19 aprel tarixlərində Milli Gimnastika Arenası möhtəşəm idman bayramına ev sahibliyi edəcək. Bədii gimnastika üzrə FIG Dünya kuboku, AGF Trophy çərçivəsində dünyanın ən zərif və istedadlı gimnastları bir araya gələrək sənətlə idmanın harmoniyasını nümayiş etdirəcəklər.
Üç gün davam edəcək bu yarışda gimnastlar həm ayrı-ayrı alətlər üzrə, həm də çoxnövçülük proqramında öz ustalıqlarını sərgiləyəcəklər.
Ənənəyə sadiq qalaraq, yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası xüsusi “AGF Trophy” kubokuna layiq görüləcək.
Bədii gimnastların əsrarəngiz performanslarını canlı izləmək üçün tribunada yerini tut!
Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.