İdman
gimnastikadan
başlayır
Bədii gimnastlar Şəkidə!
16 oktyabr tarixində Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Regional yarış keçiriləcək.
Yarışda müxtəlif bölgələri təmsil edən gimnastlar öz bacarıqlarını nümayiş etdirərək medallar uğrunda mübarizə aparacaqlar.
Regional yarışların keçirilməsində əsas məqsədlərdən biri bölgələrdə gimnastikanın inkişafının təşviq edilməsi, gənc gimnastların yarış təcrübəsinin artırılması və perspektivli idmançıların üzə çıxarılmasıdır.
Yarış zamanı iştirakçılar bədii gimnastikaya xas zəriflik, çeviklik, koordinasiya və yüksək icra bacarıqlarını nümayiş etdirəcəklər.
Tarix: 16 oktyabr
Məkan: Şəki Olimpiya İdman Kompleksi