İdman
gimnastikadan
başlayır
Mingəçevir bədii gimnastika üzrə regional yarışa ev sahibliyi edəcək!
Noyabrın 8-də Kür Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə regional yarış keçiriləcək.
Ölkəmizin müxtəlif bölgələrindən olan gimnastları bir araya gətirəcək yarışda iştirakçılar öz bacarıq və ustalıqlarını nümayiş etdirərək medallar uğrunda mübarizə aparacaqlar.
Yarışın əsas məqsədi bölgələrdə gimnastikanın inkişafını təşviq etmək, gənc idmançıların yarış təcrübəsini artırmaq və perspektivli istedadları üzə çıxarmaqdır.
Tarix: 8 noyabr
Məkan: Kür Olimpiya Tədris-İdman Mərkəzi