Qədimlik və müasirliyin təcəssümü olan Azərbaycanın paytaxtı Bakı şəhəri qədəm qoyduğumuz ildə gimnastika həvəskarlarını ölkədə ilk dəfə keçiriləcək idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku ilə salamlayır.
Yarışlar 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcəkdir. Bu ilin ilk Dünya Kuboku kişi və qadın gimnastlar arasında 19-21 fevral tarixlərində baş tutacaq.
Kubokda 19 ölkəni təmsil edən nümayəndə heyətlərinin tərkibində ümumilikdə 146 nəfər iştirakçı var. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 44 kişi və 22 qadın gimnast mübarizə aparacaq.
Yarışlar boyunca Bakı tamaşaçısını kişi gimnastlardan üçqat Dünya Çempionu (sərbəst hərəkətlər və komanda hesabı) Kenzo Siray (Yaponiya), gimnastika atı üzərində hərəkətlərdə Dünya Çempionatının bürünc medalçısı Kaya Kazuma (Yaponiya) və xalça üzərində sərbəst hərəkətlər üzrə Avropa Çempionu Aleksandr Şatilov (İsrail) və digər gimnastlar öz çıxışları ilə sevindirəcək.
Yarışların tanınmış qadın gimnastları isə Olimpiya (komanda hesabı), Dünya (sərbəst hərəkətlər, dayaqla tullanma və komanda hesabı) və Avropa (dayaqla tullanma) Çempionu Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edən), Yeniyetmələrin Yay Olimpiya Oyunlarının sərbəst hərəkətlər üzrə çempionu Flavia Lopes Sarayva (Braziliya) və Dünya Kuboklarının üçqat qızıl medalçısı (dayaqla tullanma və sərbəst hərəkətlər) Dorina Bötsogödür (Macarıstan).
Təbii ki, favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edir.
İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.
Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |
Qadın idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> dayaqla tullanma (yüklə)
Kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> gimnastika atı (yüklə)
Kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> sərbəst hərəkətlər (yüklə)
Qadın idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> müxtəlif hündürlüklü qollar (yüklə)
Kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> halqalar (yüklə)
Qadın idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> gimnastika tiri (yüklə)
Kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> dayaqla tullanma (yüklə)
Kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> parallel qollar (yüklə)
Qadın idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> sərbəst hərəkətlər (yüklə)
Kişi idman gimnastikası üzrə təsnifat mərhələsinin nəticələri> turnik (yüklə)
Qadın idman gimnastikası> finallar > müxtəlif hündürlüklü qollar (yüklə)
Qadın idman gimnastikası> finallar > dayaqla tullanma (yüklə)
Kişi idman gimnastikası> finallar > gimnastika atı (yüklə)
Kişi idman gimnastikası> finallar > halqalar (yüklə)
Kişi idman gimnastikası> finallar > sərbəst hərəkətlər (yüklə)
Qadın idman gimnastikası> finallar > gimnastika tiri (yüklə)
Qadın idman gimnastikası> finallar > sərbəst hərəkətlər (yüklə)
Kişi idman gimnastikası> finallar > dayaqla tullanma (yüklə)
Kişi idman gimnastikası> finallar > turnik (yüklə)
Kişi idman gimnastikası> finallar > parallel bars (yüklə)