Ən zərif gimnastika növünün nümayəndələri yenidən Bakıda
28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək.
Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.
Yarışlarda 21 ölkədən 94 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 37 nəfəri fərdi proqramda, 57 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa Çempionatının gümüş və bürünc medalçısı olmuş Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirova, həmçinin Avropa Çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.
Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.
Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda
Aleksandra Soldatova (Rusiya) - 2 qat Dünya Çempionu və Avropa Çempionu;
Zelikman Nikol (İsrail) – Avropa Çempionatının bürünc mükafatçısı;
Qrup hərəkətləri komandaları:
İspaniya – Olimpiya Oyunlarının gümüş medalçısı;
Bolqarıstan – Olimpiya Oyunlarının bürünc medalçısı;
Belarus - Dünya Çempionatının bürünc mükafatçıları iştirak edəcəklər.
Turnirə biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və "28 mall" filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti təsnifat günləri üçün 5, 8, 12, final günləri üçün isə 10, 15, 20 manat təşkil edir.
Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən (www.agf.az) əldə edə bilərsiniz.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Şirkət | Telefon | Min. məbləğ |
---|---|---|
Uber | Google Play, App Store | 1.60 AZN |
Ailə Taksi | *8555 | 2.40 AZN |
Maxim | *2111 | 1.00 AZN |
Salam Taksi | *9933 | 1.80 AZN |
Bolt (Taxify) | Google Play, App Store | 1.50 AZN |
Xanımların xətti | 149 | |
Ulduz Taxi | *5000 | 1.00 AZN |
Taxi 158 | 158 | 2.20 AZN |
Zərif Taksi | *7177 | 3.00 AZN |
Alo Taxi | *1050 | 1.50 AZN |
Bakı Taksi Xidməti | 1414 | 3.00 AZN |
Nominal | Adı | Dəyəri |
---|---|---|
1 | USD - (1 ABŞ dolları) | 1.7 |
1 | EUR - (1 Avro) | 1.9706 |
1 | GEL - (1 Gürcüstan larisi) | 0.5417 |
1 | GBP - (1 İngiltərə funt sterlinqi) | 2.323 |
100 | IRR - (100 İran rialı) | 0.004 |
1 | RUB - (1 Rusiya rublu) | 0.0236 |
1 | TRY - (1 Türkiyə lirəsi) | 0.186 |